Ru
16:13 / 21 Avqust 2026

Azərbaycanlı diaspor lideri Rusiyada saxlanıldı - VİDEO

Azərbaycanlı diaspor lideri Rusiyada saxlanıldı - VİDEO
Eye

Azərbaycan diasporunun liderlərindən biri Rusiyanın Perm vilayətində saxlanılıb.

"Bakupost" xəbər verir ki, bu barədə Rusiyanın “Ural Maş” Teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, saxlanılan Ruslan Məmmədov adlı şəxsdir. Onun Rusiyada meyvə-tərəvəz ticarəti ilə məşğul olduğu bildirilir.

Qeyd olunub ki, Ruslan Məmmədov 2018-ci ildə deportasiya olunmuşdu, lakin sonradan adını dəyişərək yenidən Rusiyaya qayıdıb və sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Kanal yazır ki, Məmmədov Perm sakininə qarşı cinayət işini dayandırmaq üçün təhlükəsizlik işçilərinə pul təklif edib. Rüşvətxorluğa kömək etdiyinə görə cinayət işi açılıb.

Ruslan Məmmədov hazırda həbsdədir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar