Ru
15:30 / 21 Avqust 2026

İrandan ABŞ-yə cavab: "Bu insanləğa qarşı cunayətdir"

İrandan ABŞ-yə cavab: "Bu insanləğa qarşı cunayətdir"
Eye

İranın Xarici İşlər Nazirliyi ABŞ-nin ölkəyə qarşı tətbiq etdiyi yeni və genişmiqyaslı sanksiyaları “iqtisadi terrorizm” və “insanlığa qarşı cinayət” adlandırıb.

“Bakupost” xəbər verir ki, nazirliyin açıqlamasında sanksiyaların İran vətəndaşlarının əsas insan hüquqlarını hədəf aldığı bildirilib.

Açıqlamada ABŞ-nin yeni sanksiyaları 1953-cü ildə İranda ABŞ və Böyük Britaniyanın müdaxiləsi ilə həyata keçirilən çevrilişin ildönümünə təsadüf etdiyi qeyd olunub.

İran tərəfi bu addımı Vaşinqtonun İran xalqına qarşı uzunmüddətli düşmənçiliyinin davamı kimi qiymətləndirib.

Nazirlik həmçinin ABŞ və İsrailin İrana qarşı son dövrdə həyata keçirdiyi hərbi və siyasi təzyiqlərin nəticəsiz qaldığını bildirib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar