“Dövlətə xəyanət”də təqsirləndirilən Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Arakelyanın işi üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsindən yerli KİV-ə bildirilib.
İyunun 20-də Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı ilə bağlı Cinayət Məcəlləsinin 418 və 424-cü maddələrinin 1-ci bəndi üzrə cinayət işi başlanıb. A.Arekelyan “xarici dövlətin nümayəndəsinin dövlət sirri olan məlumatlarla tanış olmasına şərait yaratmaq və düşmənçilik fəaliyyətinin həyata keçirilməsinə köməklik göstərmək”lə təqsirləndirilir.
Ermənistanın Avstriyadakı konsulluğunun əməkdaşı Aşxen Aleksanyan Azərbaycanın xeyrinə casusluqda şübhəli bilinir. Qeyd olunur ki, Aleksanyan bir neçə ay əvvəl İrəvanın “Zvartnots” hava limanında saxlanılıb, amma hakimiyyət qalmaqalın qarşısını almaq üçün bunu ictimaiyyətə açıqlamamağa qərar verib.
İddiaya görə, diplomatın üzərindən bəzi sənədlər tapılıb. Erməni qadın dindirilmə zamanı təkbaşına hərəkət etmədiyini söyləyib. Saxlanılma əməliyyatından sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyinin binasında genişmiqyaslı axtarışlar aparıb.
Ermənistan mənbələri iddia edir ki, A.Aleksanyan azərbaycanlı ilə “romantik münasibət” yaşayıb, məlumatları da bu zaman ona ötürüb

.