Ru
20:41 / 12 Sentyabr 2019

Azərbaycanlı mühacir Almaniyada özünü yandırdı - "Deport soyqırımı" davam edir

5266

"Almaniyanın Hermefkeil şəhərində 34 yaşlı bir həmvətənimiz özünə qəsd edib. O, 2017-ci ilin yanvar ayında Almaniyaya gəlib və sığınacaq üçün müraciət edib. 11 sentyabr 2019-cu ildə sast 17 radilərində vətənə qayıtmaq haqqında xəbərdarlıq məktubu ilə sosialın binasına girib, mübahisədən sonra isə üzərinə benzin tökməklə özünü yandırıb. Ağır yanğından koma vəziyyətinə düşüb və hadisə yerinə gələn helikopterlə xəstəxanaya aparılıb".

BakuPost-un məlumatına görə, bunu Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev öz sosial şəbəkə hesabında yazıb.


Ə.Əliyevin sözlərinə görə, özünü yandıran şəxs Sumqayıtda anadan olub:

"Əldə etdiyimiz ilkin məlumata görə, ad və soyadı Emin Bağırovdur. Evli olan həmin şəxsin 2 uşağı var. Uşaqları Sumqayıtda yaşayır. Bu gün dəyərli soydaşlarımızdan iki nəfər ona baş çəkib.İcazəsiz olsa da, yanına daxil olub onunla görüşüb və qısa çəkiliş aparıblar. O, hələ komadan ayilmayib, vəziyyəti ağır olaraq qalır. Sabah onu əməliyyat edəcəklər. Birinci əməliyyat uğurlu alinarsa, daha sonra ikinci dəfə ənəliyyat olunacaq. Hadsə haqqında onun yaxınları məlumatlandırılmalıdır. Odur ki, onu tanıyanlar varsa, yaxınları və qohumları haqqında bizə məlumat gondərmələrini xahiş edirik.

Onu da bildirək ki, faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır".

Şərhlər
  • Sübhan

    Hansı xəstəxanada

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər