Almaniyada azərbaycanlı qadın itkin düşüb.
Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Məlumata əsasən, paytaxt Berlində yaşayan Zülfiyə adlı qadın 1 həftədir itkin düşüb.
Qeyd olunur ki, qadın ailəlidir və qız övladı var.