Ru
17:05 / 09 May 2019

Azərbaycanlı qız canlı yayımda müsəlman oldu - VİDEO

5282
 

"ATV” kanalında Ramazan bayramı ilə əlaqədar yayımlanan Nihat Hatipoğlunun verilişində hollandiyalı bir qonaq Kəlimeyi-şəhadət gətirərək müsəlman olub.


Tamaşaçılar arasında olan Anna mikrofonu götürərək Hatipoğluna Hollandiyadan gəldiyini və müsəlman olmaq istədiyini deyib. Anası hollandiyalı, atası azərbaycanlı olan Annanın nişanlısı türkdür. O, "Annanın bu qərarına mənim təsirim yoxdur. Özü araşdırdı, müsəlman olmaq istədiyini dedi. Mən də sizin yanınıza gətirdim” deyib.


Hatipoğlu cütlüyü yanına çağırıb və "Aramıza xoş gəldin, bu istəyin məni çox xoşbəxt etdi” deyib. Anna Nihatın İslam barədə dediklərini dinlədikdən sonra "Dediklərinizə qatılıram və qəbul edirəm. Yaşadığım müddət ərzində bunlara diqqət edəcəm” deyib.


Azərbaycanlı Anna Hatipoğlunun köməyi ilə Kəlimeyi-şəhadət gətirərək müsəlman olub. Onun adı da bundan sonra Tuana olacaq. (olke.az)

 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər