Ru
10:39 / 30 Sentyabr 2019

Azərbaycanlı xanəndənin ifasında "Sığmazam" - Almaniyada səs saldı

4220

Tanınmış xanəndə Vüsalə Musayeva Almaniyanın Köln şəhərində keçirilən Almaniya Ələvi Birlikləri Fedarasiyasının 30 illiyinə həsr olunmuş “Yol Bir Sürək Minbir” adlı konsertdə iştirak edib.


BakuPost xəbər verir ki, Avropa və Türkiyədən sənətçilərin qatıldığı konsertdə tanınmış xanəndə Vüsalə Musayeva İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini ifa edib. Sənətçi bildirib ki: “ Gecədə 1000 nəfərlik xor kopellası və orkestrinin müşaiyəti ilə Məhəmməd Füzulinin, Şah İsmail Xətainin, qəzəllərinə mahnılar səsləndirildi. Nəsiminin 650 illik yubileyi də diqqət mərkəzində oldu. Şairin “Sığmazam” qəzəlinə muğam səsləndirdim və bu çox maraqla qarşılandı” .




Gecədə dünyada baş verən amansız qətliam qurbanlarının xatirəsinə şamlar yandırılıb. Azərbaycan adına bu missiyanı Almaniyada yaşayan azərbaycanlı jurnalist Tünzalə Rafiqqızı yerinə yetirib.

İnsanların dinindən, dilindən, irqindən asılı olmayaraq yalnız bir fikir ətrafında birləşdiyi bir tədbir olduğunu bildirən T. Rafiqqızı qeyd edib ki: “Dünyada baş verən qətliam qurbanları çıraq yandırılaraq yad edildi. Mən də Xocalı soyqrımının qurbanları adına orda idim. Təbii ki, milyonların diqqətinin yönəldiyi belə bir tədbirdə olmaq mənim üçün böyük şərəf və məsuliyyətdir”.




Qeyd edək ki, sözügedən tədbiri 15 min tamaşaçı canlı izləyib. Gecənin aparıcıları Türkiyənin tanınmış sənətçiləri Mehmet Ali Alabora və Füsun Demirel olub.








Günel Musa
BAKUPOST



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər