Ru
10:20 / 04 Fevral 2020

“Azərişıq” güclü küləklə bağlı tədbirlər görür

3821
Azərbaycanın bir sıra regionlarında güclü küləyin əsməsi "Azərişıq" ASC-ni qabaqlayıcı tədbirlər həyata keçirməyə vadar edib.

Bu barədə BakuPost-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.


Onun sözlərinə görə, hazırda ölkə üzrə elektrik enerjisi təchizatında heç bir problem yoxdur:


"Bu gecədən etibarən ölkənin bir sıra dağlıq və dağətəyi regionlarında güclü külək əsməyə başlayıb. Bu küləklər, xüsusən də Gədəbəy, Tovuz, Lerik və Şamaxı rayonlarında mövcuddur. Bu səbədən "Azərişıq" baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün önləyici tədbirlər görür. Hazırda ölkəmizin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur. İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı çətinliklə bağlı "Azərişığ"ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzinə müraciət etsinlər".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər