Ru
19:21 / 15 May 2025

"B" kateqoriyalı sürücülər may ayında imtahan VERƏCƏKLƏR - Rusiyada yeni qərar

"B" kateqoriyalı sürücülər may ayında imtahan VERƏCƏKLƏR -  Rusiyada yeni qərar
Eye

Qonşu ölkə - Rusiyada Yol Təhlükəsizliyi Aktına edilən son dəyişikliklər “B” kateqoriyalı sürücülərə genişləndirilmiş hüquqlar qazandırıb.

Bakupost.az xəbər verir ki, bu kateqoriyanın sahibləri imtahan vermədən və əlavə icazə almadan daha çox nəqliyyat vasitəsini idarə edə biləcəklər.

Yeni dəyişikliklərə əsasən, “B” kateqoriyalı sürücülər kvadrosiklləri, qar arabalarını, həmçinin motorlu oturacaqlı və motorlu təkərli üç və dörd təkərli velosipedləri sərbəst şəkildə idarə edə bilərlər. Bu barədə avtoekspert Aleksandr Şumski məlumat verib və bildirib ki, bu addım aktiv istirahət və idman həvəskarlarının işini xeyli asanlaşdıracaq.

Dəyişikliklərdən öncə “B” kateqoriyalı vəsiqə sahibləri yalnız avtomobil oturacağı olan trisikl və kvadrosiklləri idarə edə bilirdilər. Qar arabaları və digər xüsusi nəqliyyat vasitələri üçün isə ya baha başa gələn traktor sürücüsü vəsiqəsi, ya da icarə müqaviləsi tələb olunurdu.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar