Ru
16:08 / 10 Sentyabr 2019

Babacanın partiyasında Davudoğluna yer yoxdur

2687
"2020-ci ilə qalmadan partiya qurulacaq”.

BakuPost xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən sabiq xarici işlər naziri Ali Babacan bildirib.

Keçmiş nazir yeni siyasi partiya haqında isə bunları deyib:

"AKP-nin qurulduğu dönəmli indiki şərtlər çox fərqlidir. Başqa sözlə, bu gün həm işləri görüldüyü mühit, həm də hədəfdə olan kütlə 2001-ci ilin şərtlərinə görə çox fərqlidir. 2020-ci il gəlmədən işlərimizi yekunlaşdıraraq, ortaya çıxmağı planlaşdırırıq”.

Babacan sabiq prezident Abdullah Gül və sabiq xarici işlər naziri Əhməd Davudoğlunun yeni siyasi partiyada yer alacaqmı sualına isə belə cavab verib:

"Abdullah Gül dəstəyini əsirgəmir, bilgi və təcrübələrindən istifadə edirik. Lakin hüquqi və siyasi məsuliyyət kimdədirsə, əsas səlahiyyət də o insanların üzərindədir.

Əhməd Davudoğlu da şəxsiyyətinə hörmət etdiyimiz və sevdiyimiz biridir. Lakin siyasətdə idarəetmə və üslubumuz çox fərqlidir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər