Ru
15:16 / 06 Oktyabr 2026

Bakıda bu ərazidə yol çökdü - FOTO

Bakıda bu ərazidə yol çökdü - FOTO
Eye

Bakının Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının çıxışında yolda çökmə baş verib.

Bu barədə “Bakupost”a ərazidə yaşayan sakinlər məlumat veriblər.

Sakinlərdən biri yolun çökməsi ilə bağlı görüntüləri redaksiyamıza göndərərək aidiyyəti qurumlar tərəfindən tədbir görülməsini istəyib:

“Yol çöküb, düz yanında da insanlar toplu şəkildə dayanıb avtobus gözləyir. Xahiş edirəm, bir faciə baş vermədən yolu bərpa etsinlər”.

Məsələ ilə bağlı “Bakupost” Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu göndərib. Sorğudan sonra ərazinin dəqiq ünvanı müəyyənləşdirilib və yolun bərpası üçün tədbir görülüb. İcra hakimiyyətindən redaksiyamıza bununla bağlı foto da təqdim edilib.

Lalə Novruz, BakuPost





Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar