Ru
20:18 / 04 Sentyabr 2019

Bakı polisindən sosial maarifləndirici qısametrajlı film - VİDEO

1944

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) "Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı?" adlı sosial maarifləndirici qısametrajlı film təqdim edib.

İdarədən BakuPost-a verilən məlumata görə, Bakıda nəqliyyat vasitələrindən qeydə alınan talamalar – oğurluqların açıq qapıdan, açıq pəncərədən daxil olmaqla törədilməsi müşahidə olunur.

Bakı polisi viktimoloji vəziyyəti nəzərə alaraq sosial-maarifləndirici qisametrajlı film vasitəsilə cəmiyyətə müraciət edib və “Məsuliyyət hər kəsin təhlükəsizliyidir – İlk növbədə Sənin: Əmlakınıza etinasız yanaşmayın!” şüarı ilə cəmiyyəti diqqətli və məsuliyyətli olmağa səsləyib.

Qeyd olunub ki, hər bir insan diqqətli və məsuliyyətli olmalı və əmlak – nəqliyyat vasitələrini cinayətkar qəsdlərdən mühafizəsinə həssas yanaşmalıdır. Avtomobilləri parklayarkən, qısa müddətdə tərk edərkən, salonda nəzarətsiz qalan qiymətli əşyalar kriminala meyilli şəxslərin diqqətindən yayınmır.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin sifarişi əsasında hazırlanan qısametrajlı filmin ssenari müəllifi polis mayoru Elşad Hacıyev, qurluşçu rejissoru Rövşən Nicat, operatoru Emin Hüseynovdur.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər