Ru
16:20 / 13 Avqust 2020

Bakı sakini 3 il 7 aydır avtomobilini tapa bilmir

2959
“Avtomobilimin 3 il 6 aydır ki, kim tərəfdən oğurlandığını və harda olduğunu bilmirəm. Hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etməyimə baxmayaraq, şikayətimə səthi yanaşılıb”.

Bu sözləri “BakuPost”a paytaxt sakini Ramil Babayev söyləyib.

Onun sözlərinə görə, 25 yanvar 2017-ci il tarixində səhər saat 09:30-da yaşadığı binanın həyətinə düşüb və özünə məxsus “Lada Niva” markalı, 90-ZA-208 dövlət qeydiyyat nişanlı avtomobilini yerində görməyib:
“Dərhal Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə yaxınlaşdım, maşınımın oğurlandığı barədə məlumat verdim. Həmin bölmənin Ceyhun adlı polis rəisi bazadan video görüntüyə baxaraq, məlumat verdi ki, nəqliyyat vasitəsi ən son 07 radələrində Bakı-Şamaxı yolunda, “Müşfiq postu” deyilən ərazidə qeydə alınıb. Bundan sonra həmin rəis mənim işimi yubatdı və məsuliyyətsiz yanaşdı. Məsələnin həlli ilə bağlı Binəqədi rayon Polis İdarəsinə getməyimi tövsiyə etdi. İdarənin polis kapitanı şikayətim üzrə cinayət işinin başladıldığını dedi. Amma şikayətim hələ də nəticəsiz qalıb”.

R. Babayev hüquq-mühafizə orqanlarını onun işinə baxmamaqda günahlandırır:

“Bunun nəticəsidir ki, maşınım oğurlanmasından 3 il 6 ay keçsə də, tapılmayıb. Artıq bununla bağlı ölkə rəhbərliyinə, Baş Prokurorluğa, DTX-yə, DİN-ə və BDYPİ-yə müraciət ünvanlamışam”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər