Ru
11:54 / 29 Avqust 2019

Bakı sakini “rent a car” avtomobilinə sayrışan işıqlar quraşdırıb - VİDEO

Bakı sakini “rent a car” avtomobilinə sayrışan işıqlar quraşdırıb -  VİDEO
Eye

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şəhər ərazisində sayrışan işıqlardan istifadə edən, avtomobilə əlavə avadanlıq quraşdıran, eyni zamanda nömrəsiz maşın idarə edən sürücüləri saxlayıblar.



BakuPost-un "Report"a istinadən xəbərinə görə, 10 AD 225 dövlət nömrə nişanlı, BMW markalı avtomobilin sürücüsü maşının ön hissəsinə sayrışan işıqlar və səs siqnalı quraşdırıb.



99 HC 452 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü isə pultla idarə olunan sayrışan işıqları maşına quraşdırıb. 10 TK 060 dövlət nömrə nişanlı, "Lexus" markalı avtomobilin sürücüsü "miqalka"dan istifadə edib. 99 DS 506 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü polis avtomobillərinə məxsus olan sayrışan işığı maşının ön alın şüşəsinin ortasına quraşdırıb.



Aşkarlanan bütün avtomobillər duracağa yerləşdirilib və əlavə avadanlıqlar sökülüb. Sürücülər isə inzibati qaydada məsuliyyətə cəlb olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar