Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib.
Bakupost.az xəbər verir ki, bu marşrut üzrə uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq və dərhal sərnişinlər məlumatlandırılacaq.
AZAL yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edir.
Bildirək ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.
Türk Hava Yolları şirkəti də bu gün Tehran, Təbriz və Məşhədə uçuşları ləğv edib.
Xatırladaq ki, bu gün Bakı – Moskva (Vnukovo) – Bakı marşrutu üzrə "J2-805" və "J2-806" nömrəli reyslər də ləğv olunub.