Ru
18:32 / 29 Fevral 2020

AZAL İrana uçuşları dayandırdı - YENİLƏNİB

AZAL İrana uçuşları dayandırdı -  YENİLƏNİB
Eye

Mövcud epidemioloji vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC (AZAL) İrana uçuşları dayandırıb.

AZAL-dan bildirilib ki, bu gün axşam aviaşirkətin aşağı büdcəli törəməsi “Buta Airways” İmam Xomeyni adına hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son J2-9005 nömrəli reysini yerinə yetirəcək.


Həmçinin “İran Air” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandırır.

Mövcud epidemioloji vəziyyətlə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) İrana və əks istiqamətdən olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edib.

BakuPost.az xəbər verir ki, bu barədə AZAL-ın rəsmi açıqlamasında bildirilib.

Fevralın 29-dan etibarən "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin Tehran-Bakı istiqaməti üzrə yerinə yetirilən reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq.


Yuxarıda qeyd olunan meyarlara cavab verməyən sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə aviaşirkətin 24 saat işləyən çağrı mərkəzi – [email protected] ilə əlaqə saxlaya bilər.

Əvvəl də qeyd edildiyi kimi, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirmiş, bu istiqamətdə əlavə tədbirlər görüb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar