Ru
14:39 / 25 May 2026

Bakı-Tiflis qatarı: Bu sənədlər də mütləq olmalıdır!

Bakı-Tiflis qatarı: Bu sənədlər də mütləq olmalıdır!
Eye

Bakı-Tiflis qatarına minik üçün biletlə yanaşı başqa sənədlərin təqdim olunması mütləqdir.

Bakupost.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Məlumata əsasən, bu sənədlərə ümumvətəndaş pasportunun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil), Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq sağlamlıq sığortası, 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet, bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi daxildir.

"Qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmayın. Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərinin həyata keçirəcək. Hər bir sərnişinimizə uğurlu yollar arzu edirik!", - ADY-dən bildirilib.

Şərhlər
  • B.Kolxozdar

    Maraqlıdır-Azərbaycan və digər dövlləətlər də müddətli Sağlamlıq sığortası ödənişi, eləcə MDB daxilində də, dövlətimizin xam Neft, qaz lahiyələri durbaları uzatdığı dövlətlər də viza və digər sənədlər və ödənişlər tətbiq edirllərmi?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar