Ru
01:27 / 09 Avqust 2025

Bakı və İrəvan ATƏT-ə Minsk ilə əlaqəli strukturlarının bağlanması üçün müraciət etdi

Bakı və İrəvan ATƏT-ə Minsk ilə əlaqəli strukturlarının bağlanması üçün müraciət etdi
Eye

Azərbaycan və Ermənistan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik edib.

Bakupost.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair birgə Bəyannamədə yer alıb.

“Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq”, - tərəflər bəyannamədə çağırış ediblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar