Ru
13:36 / 02 Fevral 2018

Bakıda 11 dərəcə isti olacaq

Bakıda 11 dərəcə isti olacaq
Eye

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuPost-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 8-12, Bakıda gecə 0-2, gündüz 9-11 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında fevralın 3-də  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. 

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar