Ru
10:24 / 12 May 2026

Bakıda güclü yanğın - Nəzarətə götürüldü - VİDEO/YENİLƏNDİ

Bakıda güclü yanğın - Nəzarətə götürüldü  - VİDEO/YENİLƏNDİ
Eye

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəzarətə götürülüb.


Fövqəladə Hallar Nazirliyindən Bakupost.az-a verilən məlumata görə, yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.


Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.


***

07:11

Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakupost xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.


Bakıda güclü yanğın - Nəzarətə götürüldü  - VİDEO/YENİLƏNDİ
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar