Ru
23:34 / 15 Yanvar 2020

Bakıda iki avtomobil toqquşub: xəsarət alan var

1914
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuPost-un
"Report"a istinadən məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-21014" markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı 35 yaşlı Əliyev Samir Sultan oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. S.Əliyev reanimasiyaya yerləşdirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər