Bakıda İkinci Milli Kitab Sərgisi keçiriləcək.
Bakupost.az xəbər verir ki, bu barədə “Qanun nəşriyyatı”nın direktoru Şahbaz Xuduoğlu məlumat verib.
Naşir bildirib ki, sərgi 15-21 dekabrda, Bakı İdman Sarayında baş tutacaq:
“Birinci Milli Kitab Sərgisi çox uğurlu oldu, ilk dəfə müstəqil naşirlərin və sənətkarların güc birliyi ilə ölkənin mədəni mühiti silkələndi. Musiqi, şeir, imza saatları, görüşlər, söhbətlər, diskussiyalar sərgini fövqəladə yaddaqalan etdi. Hələ də məni görən hər kəs təəssüratını bölüşür, o abu-havadan, bayramdan danışır.
Belə olan halda qərara gəldik ki, Milli Kitab Sərgisini daha geniş tərkibdə, daha zəngin proqramla yenidən təşkil edək.
İnanıram ki, İdman Sarayının 1500 kv-metrlik salonu bir həftə boyu kitab və milli sənətkalığımızın, milli mətbəximizin vəhdətinin yaratdığı nağıl havasına bürünəcək”.