Ru
09:06 / 04 İyul 2020

Bakıda karantin çaşqınlığı - marketlərdə izdiham

5058
Bakıda marketlərdə yenə ajiotaj yarandı.

"BakuPost"un məlumatına görə, sərt karantin rejiminin uzadılması barədə qərar iki gün öncə elan edilib. Lakin Operativ qərargahın qərarı paytaxt sakinləri arasında çaşqınlığa səbəb olub. Həftəsonu sərt karantin, evdən çıxmağın da qadağan ediləcəyini düşünən sakinlər marketlərə axın ediblər. Nəticədə yenidən insanların kütləvi sürətdə bir araya toplanması, izdiham müşahidə edilib.

Mağazaların bağlanacağını düşünən müştərilər iri marketlərdə sıxlığa səbəb olublar.

Qeyd edək ki, virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

Lakin aptek, marketlər bu müddət ərzində fəaliyyət göstərəcəklər. Vətəndaşlar SMS icazə sistemi ilə gün ərzində 2 dəfə evdən çıxa bilərlər.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər