Bakının Qaradağ rayonunda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verib.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə tədris prosesi zamanı qeydə alınıb.
Riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb. Nəticədə müavin çənəsindən və bədənin digər nahiyələrindən xəsarətlər alıb.
Hadisə məktəbdə olan müəllimlər və şagirdlər tərəfindən müdaxilə edilərək sakitləşdirilib.
Məlumata görə, riyaziyyat müəllimi məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
********
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Bakupost.az -a bildirib ki, ötən ilin oktyabrın 28-də paytaxtın Qaradağ rayonunda vətəndaşlar İ.Hüseynov və S.Vahabov arasında baş verən insidentlə bağlı polisə məlumat daxil olub:
"Tərəflərin ərazi polis orqanına dəvət edilərək ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin olunub. Məhkəmənin qərarı ilə S.Vahabov barəsində inzibati tənbeh tədbiri görülüb".