Ru
09:49 / 10 Dekabr 2019

Bazardakı yanğını söndürmək üçün helikopter cəlb olundu - FOTO/ VİDEO - YENİLƏNİB-3

4767
"EuroHome" tikinti materialları bazarında yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin 3 helikopteri cəlb olunub.

***
09:45

Səhiyyə Nazirliyi Bakı-Sumqayıt yolunda "Ekologiya postu" kimi tanınan ərazinin yaxınlığında olan tikinti materialları bazarında olan yanğınla bağlı son vəziyyəti açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, hadisə yerinə çağırış saat 08:18-də daxil olub:

"Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib".

***
09:20

BakuPost-un
məlumatına görə, yanğın bazarın keramik məhsullar satılan hissəsində başlayıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***
09:00
Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.

BakuPost xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.









Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər