Ru
11:32 / 26 İyul 2025

Bakıda məşhur zavodda faciə

Bakıda məşhur zavodda faciə
Eye

Paytaxtın Nərimanov rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bakupost.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə iyulun 24-ü gecə saat 23 radələrində qeydə alınıb.

Ağdaş rayon sakini 1989-cu il təvəllüdlü Ruslan Rahim oğlu Əliyev "Çinar" soyuducu zavodunun binasının liftini təmir edən zaman liftin şaxtasına yıxılıb.

Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan 36 yaşlı usta vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar