Ru
14:37 / 22 Aprel 2022

Bakıda polis nişanlısını öldürüb, sonra intihar etdi - YENİLƏNİB

5022

Bakıda polisin nişanlısını öldürüb, daha sonra özünün intihar etməsi ilə bağlı cinayət işi başlanılıb.


Bu barədə Bakupost.az -ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib.


O qeyd edib ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə hədinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.




***

13:53



Bakıda polis nişanlısını qətlə yetirib, daha sonra intihar edib.



Bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib. Məlumata görə, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.


Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər