Ru
19:52 / 11 May 2026

Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı: Polis hərəkətə keçdi - FOTO

Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı:  Polis hərəkətə keçdi - FOTO
Eye

Bakıda 233 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər arasındakı münaqişə iddiası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq.


Bu barədə Bakupost.az-a İdarədən məlumat verilib.


Bildirilib ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir:


"Məktəblərdə səmərəli tədris mühitinin qorunması, təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması əsas prioritetlərdəndir. Məktəbdaxili nizam-intizam qaydalarına əməl olunması diqqət mərkəzində saxlanılır".


Həmçinin DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə qeyd olunan halla bağlı ərazi polis orqanında araşdırma aparılır.

***

16:05

Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb.


Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.

Tənəffüs vaxtı 5 "q" sinifinin şagirdi İxtiyar Namazov ( ad-soyad şərtidir - red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib.

Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.

Nəticədə Y.Əlizadə əlindən bıçaq xəsarəti alıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar