Bakıda qayda pozan sürücü ilə yol polisi arasında mübahisə - “Dedim saxla maşını” - VİDEO

  • 12 Sen 2019 09:10
  • 2460 Baxış

Bakıda qayda pozan sürücü yol polisinin əmrinə tabe olmaqdan boyun qaçırıb.


BakuPost.az apa-ya istinadla xəbər verir ki, gecə saatlarında Yasamal rayonu ərazisində avtomobilində çoxavazlı səs siqnalından istifadə edərək ictimai asayişi pozmağa çalışan sürücü saxlanılıb.


Belə ki, İsmayıl bəy Qutqaşınlı və Nəriman Nərimanov küçələrinin kəsişməsində 10-AR-102 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobili idarə edən sürücü Əmirov Fərid Elman oğlu avtomobilə quraşdırılan əlavə səs siqnalından istifadə edib.


Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücüyə "Saxla!" əmri verib. Müəyyən olunub ki, nəqliyyat vasitəsinə çoxavazlı səs siqnalı qoşulub.Lakin sürücü F.Əmirov siqnalın sökülməsi üçün mühərrik hissəsinin açılmasına mane olub. Buna baxmayaraq, avtomobilin cərimə meydançasına yerləşdirilməsi üçün əraziyə evakuator dəvət olunub. Sürücü bu dəfə də YPX əməkdaşlarına mane olmağa çalışıb.


Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.


F.Əmirov, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, polis bölməsinə aparılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.