Ru
17:22 / 03 Mart 2026

Bakıda rəzalət: Xəstə uşaq üçün yığılan pulları oğurladı

Bakıda rəzalət: Xəstə uşaq üçün yığılan pulları oğurladı
Eye

Bakıda ağır xəstə uşaq üçün bank kartına yığılan pul oğurlanıb.

Bu barədə Bakupost.az-a DİN mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayon sakini olan bir nəfərin ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədilə sosial şəbəkələrdə paylaşdığı bank kartı məlumatları informasiya texnologiyalarından istifadə olunmaqla oğurlanıb. Bu barədə zərərçəkən polisə məlumat verib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb. O. Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib.

Faktla bağlı araşdırma davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar