Ru
23:34 / 24 Yanvar 2020

Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb: tibb işçiləri xəsarət alıb

2043
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BakuPost
APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.

9 saylı Təcili Yardım Stansiyasının təcili təxirəsalınmaz tibbi yardım xidmətinin avtomobili çağırışdan geri dönərkən Kərimli Samir İlham oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində tibb bacısı, sürücü və feldşer xəsarət alıb. "Hyundai" markalı avtomobildə olan xanım sərnişin də yaralanıb.

Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hər iki sürücü Sərxoşluğun Təyin Edilməsi Məntəqəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər