Ru
20:03 / 28 Sentyabr 2019

Bakıda yol çökdü - SƏBƏB

Bakıda yol çökdü -  SƏBƏB
Eye

Binəqədi-Novxanı avtomobil yolunda "Azərsu" ASC-ə məxsus su borusunda qəza baş verib.


Modern.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.



Bildirilib ki, nəticədə yolun hərəkət hissəsi 5 metr diametrində çöküb.



Dərhal ərazi AAYDA-nin Yolların mühafizə xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün işlər aparılıb.



Qəzanın aradan qaldırılması üçün əraziyə aidiyyəti qurumun əməkdaşları və texnikası cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar