Ru
21:59 / 14 Sentyabr 2019

Bakıda zəncirvari yol qəzası

1737
Bakıda zəncirvari yol qəzası baş verib.

BakuPost-un
“Report”a istinadən xəbər verir ki, qəza hava limanına gedən yolda qeydə alınıb. Belə ki, qəzada dörd avtomobil - “Lexus”,“Mercedes-Benz”, “VAZ-2106” və “Volkswagen” markalı avtomobillər toqquşub.

“Volkswagen” markalı “99-HT-985” dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü İbrahim Nağıyev deyib ki, qəza sıxlıq zamanı baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya “VAZ-2106” markalı avtomobilin sürücüsü səbəb olub.

Qəzada xəsarət alan olmasa da avtomobillər ziyan dəyib. Hadisə yolda tıxaca səbəb olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər