Ru
21:18 / 08 May 2026

Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX

Bakıdakı UFC turnirinin biletləri satışa çıxarılır - TARİX
Eye

Bakıda keçiriləcək "UFC Fight Night: Fiziev vs Torres" turnirinin biletləri mayın 15-də saat 10:00-dan etibarən satışa çıxarılacaq.


Bakı Şəhər Halqasından Bakupost.az-a bildirilib ki, iyunun 27-də Milli Gimnastika Arenasında gerçəkləşəcək turnirin biletlərini azarkeşlər "iTicket" platforması vasitəsilə əldə edə biləcəklər.

"UFC Fight Club" üzvləri üçün erkən satış mayın 13-də saat 10:00-da başlayacaq. Tədbirə maraq göstərərək öncədən qeydiyyatdan keçən şəxslər isə biletləri mayın 14-də eyni saatdan əldə edə biləcəklər.

Qeyd edək ki, gecənin əsas qarşılaşmasında yüngül çəkidə çıxış edən Rafael Fiziyev Manuel Torreslə üz-üzə gələcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar