Ru
12:43 / 07 Avqust 2026

Bakıdan Tiflisə gedənlər niyə geri qayıda bilmirlər?

Bakıdan Tiflisə gedənlər niyə geri qayıda bilmirlər?
Eye

Gürcüstandan Azərbaycana qayıtmaq istəyən bəzi vətəndaşların qatar bileti tapa bilməməsi və alternativ nəqliyyat vasitələrinin baha olması ilə bağlı yaranan vəziyyətin əsas səbəbi quru sərhədlərinin bağlı qalmasıdır.

Bu fikirləri “Bakupost”a nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspert bildirib ki, pandemiyadan sonra Azərbaycanın quru sərhədləri bağlı olduğundan sərnişinlərin seçim imkanları məhdudlaşıb. Onun sözlərinə görə, Gürcüstanda yaşayan Azərbaycan əsilli şəxslər və digər Gürcüstan vətəndaşları Bakıya əsasən qatarla gəlirlər, geri qayıdarkən isə sərhədə avtobusla gedərək piyada keçidlərdən istifadə edə bildikləri üçün qatara tələbat əsasən Tiflis-Bakı istiqamətində formalaşır.

Ərşad Hüseynov qeyd edib ki, hazırda qatarın yeganə alternativi təyyarədir. Lakin aviabiletlərin baha olması səbəbindən bir çox sərnişin bu imkandan istifadə edə bilmir.

Ekspert hesab edir ki, problemin həlli üçün ilk növbədə quru sərhədləri pandemiyadan əvvəlki rejimdə fəaliyyətə başlamalı, piyada və avtobus keçidləri bərpa olunmalıdır. Onun fikrincə, bu halda sərnişin axını bölünəcək və Bakı–Tiflis qatarlarında bilet çatışmazlığı da aradan qalxacaq.

Hüseynov əlavə edib ki, digər mümkün həll yolu Bakı–Tiflis marşrutu üzrə ikinci qatarın xəttə buraxılmasıdır. Bununla belə, bu variantın reallaşması üçün texniki imkanlar və iqtisadi səmərəlilik də nəzərə alınmalıdır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar