Ru
17:15 / 22 Sentyabr 2021

"BakuBus"da sərnişinin 800 manatını oğurladılar

2061

"BakuBus"da oğurluq hadisəsi qeydə alınıb.


Bakupost.az -ın məlumatına görə, hadisə sentyabrın 21-i saat 17:50 radələrində Badamdar qəsəbəsi S.Məmmədov küçəsi 21-in qarşısında, “BakuBus”a məxsus “İveco” markalı 3 saylı xətt avtobusunda baş verib.

Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Ceyhun Hüseynli avtobusdan düşdükdən sonra cibindən içərisində 800 manat, bank kartları və şəxsiyyət vəsiqəsi olan pul kisəsinin oğurlandığını görüb.

Faktla bağlı Səbail RPİ-nin 41-ci Polis Bölməsində araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər