Yardımlının 20 evdən ibarət olan Teşkan kəndinin bir şəhidi, demək olar ki, hər iki evdən birindən Vətən Müharibəsi iştirakçısı var. Kəndin ən mühüm problemi orta məktəbin olmaması idi. Burada ibtidai məktəbi bitirən uşaqların əksəriyyəti təhsildən yayınırdılar. Çünki ən yaxın məktəb 10 kilometr uzaqdakı Separadi kənd məktəbi idi. Valideynlərin yeganə arzusu kənddə heç olmasa 9-cu sinfə qədər məktəbin olması idi. Şəhid atası Nazim Sultanlı və kənd camaatı dəfələrlə aidiyyatı orqanlara mövzu ilə bağlı müraciət etmişdilər.
Şəhid Elşən Sultanlının atası Nazim kişi və Teşkan kəndinin bir qrup sakini saytımıza məktub ünvanlayaraq sevinclərini bölüşüblər. Onlar kənddə 9 illik məktəbin fəaliyyətə başlaması ilə əlaqədar ölkə rəhbərinə və aidiyyəti qurumlara təşəkkür ediblər.
Azər, BakuPost