Ru
12:39 / 08 Oktyabr 2021

Balakəndə şəhərin mərkəzində ayı göründü - AÇIQLAMA - VİDEO

Balakəndə şəhərin mərkəzində ayı göründü -  AÇIQLAMA - VİDEO
Eye

Bu gün Balakənin Mahamalar kəndində qonur ayı balaları görünüb. Görüntülərdən də aydın olur ki, ayılar avtomobillərin qarşısı ilə küçə boyu qaçırlar.

Bakupost.az -ın məlumatına görə, AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərov “Qafqazinfo”ya bildirib ki, ayı balaları bu gün səhər saatlarında görünüb. Hər iki qonur ayı baladırlar və bu vaxtlar qış yuxusuna getməyə hazırlıq üçün dağdan kəndə eniblər:

“Maşınlar bu heyvanları qabağına qatıb qovlayırlar. Əslində onlar bu heyvanlara dəyməsələr, özləri çıxıb gedəcəklər. Ayılar qış yuxusundan əvvəl daha çox karbohidrat qidasına keçirlər, çünki şirəli meyvələri yeyəndə bədəndə piyə çevrilir və qış yuxusuna gedirlər. Balakəndə çoxlu bağlar var, hətta şabalıdı da yağlanmaq üçün yeyirlər. Ona görə də kəndlərə yaxın yerlərə gəlirlər”.

E. Əsgərov həmçinin bildirib ki, ayı balalarının birinin meşəyə getdiyi müşahidə olunub, digərindən isə hələ xəbər yoxdur.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar