Ru
14:54 / 28 Avqust 2021

Ballıqaya faciəsi ilə bağlı film: "Mən şahidəm" - VİDEO

Ballıqaya faciəsi ilə bağlı film: "Mən şahidəm" - VİDEO
Eye

Azərbaycan Televiziyası Ballıqaya faciəsinin 29-cu ildönümü ilə əlaqədar film hazırlayıb.

Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, film “Mən şahidəm” adlanır.

“Mən şahidəm”də 1992-ci il avqustun 28-də Goranboyun Ballıqaya ərazisində məskunlaşmış laçınlıların ermənilər tərəfindən qətlə yetirilməsindən bəhs edilir. Altı aylıq Canpoladdan 93 yaşlı Zeynəb nənəyədək 24 nəfərin öldürülüb yandırıldığı soyqırımın şahidləri danışacaqlar.

“Telefilm”in istehsalı olan filmin quruluşçu rejissoru Pərviz Həsənov, ssenari müəllifi Afaq Əhmədova, quruluşçu operatoru Cavid Əliyev, səs rejissoru Əliabbas Qasımov, prodüseri Fatimə Əzimova, layihə rəhbəri isə Elçin Musaoğludur.

Filmin çəkilişləri Ağcabədi, Bərdə və Goranboy rayonlarında aparılıb.

“Mən şahidəm” avqustun 28-i saat 22:00-da AzTV-də yayımlanacaq.




Şərhlər
  • t.ədalət

    Goronboy ərazisində digər faciə isə kürd Musto tərəfindən dağ yamacında kortof toplayan onlarla qaçqın kəlbəcərli körpənin öldürülməsidir.Bunu Ağa dayı və Rasim Əkbərov da bilir.Təəssüf ki bu hadisəni hələ də gizli saxlayırlar.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar