Ru
09:59 / 30 Yanvar 2025

"Barselona" - "Atalanta" ilə sülhə razılaşdı - VİDEO İCMAL

"Barselona" - "Atalanta" ilə sülhə razılaşdı - VİDEO İCMAL
Eye

UEFA Çempionlar Liqasının 8-ci həftəsində "Barselona" - "Atalanta"nı qəbul edib .

İlk hissəsi 0:0 hesablı heç-heçə ilə bitən görüşün ikinci hissəsində 4 qol vurulub.

2:2 hesabı ilə bitən matçda ev sahibi "Barselona"nın qolları 47-ci dəqiqədə Lamine Yamal , 72-ci dəqiqədə R. Araujo vurub.

“Atalanta”nın qollarını 67-ci dəqiqədə Ederson , 79-cu dəqiqədə isə M.Pasaliç vurub.

Bakupost.az xəbər verir ki, bu nəticə ilə "Barselona" Çempionlar Liqasının liqa mərhələsini 19 xalla tamamlayıb, qrup mərhələsini ikinci pillədə başa vuraraq, son 16 tura yüksəlib.

Xalı 15-ə çatan “Atalanta” 9-cu pillədə qalıb və pley-off mərhələsinə yüksəlib



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar