Ru
23:46 / 13 Oktyabr 2019

Baş hakim səhvini etiraf edib

2617
Macarıstan və Azərbaycan yığmaları arasındakı AVRO-2020-nin seçmə qrup matçının baş hakimi Dennis Higler səhvini etiraf edib.

BakuPost-un "Report"a istinadən məlumatına görə, hollandiyalı referi Azərbaycan millisinin təmiz qolunu saymadığı üçün üzr istəyib.

O, qarşılaşmanın ardından mübahisəli epizodun videosuna baxdıqdan sonra baş məşqçi Nikola Yurçeviçə yaxınlaşıb. Higler Bəhlul Mustafazadənin qolunu saymamaqla səhvə yol verdiyini boynuna alıb və üzrxahlığını çatdırıb.


Qeyd edək ki, görüş Macarıstanın qələbəsi ilə yekunlaşıb - 1:0.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər