Ru
14:11 / 08 Oktyabr 2019

Baş Nazir niyə dəyişdirildi? – “Cəmiyyətə ətraflı məlumat verilməlidir”

5273

“Azərbaycanın indiki idarəetmə mexanizmində baş nazir və nazirlər kabineti heç bir təsir vasitəsi olmayan bir quruma çevirilib”.

Bu sözləri BakuPosta açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib.

Baş nazir Novruz Məmmədovun gözlənilmədən istefa verməsini şərh edən Natiq Cəfərli hesab edir ki, bu cür mühüm dəyişikliklə bağlı dövlət rəsmiləri ictimaiyyətə açıqlama verməli idi:

“Bu cür əhəmiyyətli kadr dəyişikliyi olanda hakim partiyanın sözçüləri ictimaiyyəti bilgiləndirməlidir. Dəyişikliyin hansı səbəblərdən qaynaqlandığı ilə bağlı ətraflı məlumat verilməli idi. Bu istefanın səbəbi Novruz Məmmədovun səhhəti ilə əlaqədardırmı, yaxud başqa səbəbdənmi, açıqlanmalı idi. Yeni təyin olunması nəzərdə tutulan nazirin proqramı təqdim olunmalı idi. Hansı problemləri təsdiq etdiyi və problemlərin həlli yolunda hansı addımlar atacağı göstərilməli idi.

Biz şərhçilər mövcud dəyişikliyin nədən yarandığını ancaq ehtimallar üzərindən dəyərləndirə bilərik. Heç bir rəsmi açıqlamanın olmaması müxtəlif şayiələrə də yol açır və bu şayiələrin yaranmasında hökümət rəsmilərinin günahı var. Çünki əvvəlcədən ictimaiyyətlə kommunikasiyamızı düzgün qura bilməyiblər”.



Natiq Cəfərov qeyd edib ki, prezident üsulu ilə idarə olunan bir ölkədə ümumiyyətlə Nazirlər Kabineti və Baş Nazir postuna ehtiyac yoxdur: “Mən şəxsən düşünürəm ki, Prezident üsulu idarəsinin perspektivliyini artırmaq üçün, idarəetmənin daha da tezləşdirilməsi üçün Azərbaycan kimi prezident üsul-idarə sistemi olan ölkədə ümumiyyətlə Nazirlər kabineti və baş nazir postu olmamalıdır. Biz qardaş Türkiyədə də gördük ki, Cumhurbaşqanlığı hökumət sistemi quruldu. Orda nə Nazirlər kabineti var, nə də Baş nazir. Birbaşa Prezidentinin idarəetməsi ilə əhatə olunan məsələlər var.

Azərbaycanda da bu cür sistemə keçmək daha məntiqli olardı, nəinki tez- tez baş nazirin, nazirlərin dəyişdirilməsi. Bu Azərbaycanın indiki sisteminin diktə etdiyi qaydalarla, Azərbaycanın idarəetmə quruluşu arasında bir ziddiyyət formalaşdırır. Şəxsən mən düşünürəm ki, bu dəyişikliklərin baş verməsindənsə Konstitusiya dəyişikliyinə getməklə Azərbaycanda Nazirlər kabineti, Baş nazir postunun tamamilə ləğv olunması lazımdır.
Onsuz da Prezident özü birbaşa idarəetməni həyata keçirir, Nazirlər kabinetinin iclaslarını özü çağırır, tapşırıqları da özü verir. Belə bir sistem varsa Baş nazir postuna ehtiyac qalmır”.

Xatırladaq ki, bu gün Azərbaycanın Baş Naziri Novruz Məmmədov istefa verib. Onun yerinə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov gətirilib.

Günel Musa
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər