Ru
11:50 / 09 Oktyabr 2019

Baş prokurorun diplomu saxta çıxdı - İstefa verəcək?

Baş prokurorun diplomu saxta çıxdı -  İstefa verəcək?
Eye

Gürcüstanın baş prokuroru Şalva Tadumadzenin istefası istənilir.

BakuPost.az xarici KİV-ə istinadən xəbər verir ki, buna onun ali təhsil haqqında saxta diplomunun üzə çıxması səbəb olub.

Sənədə əsasən, Ş.Tadumadze 1994-cü ildə təsis olunan Tbilisi Humanitar İnstitutuna 1993-cü ildə qəbul olunub.

Baş prokuror Gürcüstanın Ali Məhkəməsinin hakimliyinə namizəddir. Hazırda parlamentdə onun iştirakı ilə dinləmə keçirilir.

Parlament müxalifəti Ş.Tadumadzeni namizədliyini geri götürməyə və baş prokuror vəzifəsindən istefa verməyə çağırıb.

Qeyd edək ki, Ş.Tadumadze 2018-ci ilin iyul ayından qonşu ölkənin baş prokurorudur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar