Azərbaycanın Baş prokurorunun sabiq birinci müavini, keçmiş deputat Mətləb Mütəllimli vəfat edib.
Bakupost.az xəbər verir ki, istiqlalçı millət vəkili uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
M.Mütəllimlinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Mətləb Əzizulla oğlu Mütəllimli 20 may 1949-cu ildə Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. O, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olub.
M.Mütəllimli eyni zamanda Sosial Ədalət Partiyasının sədri kimi fəaliyyət göstərib.
Müstəqilliyin ilk illərində hüquq-mühafizə orqanlarında çalışaraq Azərbaycanın Baş prokurorunun birinci müavini vəzifəsinədək yüksəlib.
Qeyd edək ki, mərhum ailəli idi, üç övladı var.
Allah rəhmət eləsin!