Aktrisa Pərvin Abıyeva "Öz aramızda" verilişində iştirak edərkən şəxsi həyatı ilə bağlı diqqətçəkən etiraflar edib.
Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, o, ailəni qorumaq naminə həyat yoldaşının istəklərinə müəyyən həddə qədər anlayışla yanaşmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, həyat yoldaşı istəsə, geyim tərzini dəyişə, hətta başını bağlamağa da razı ola bilər. Eyni zamanda, müəyyən yerlərə getməmək və bəzi insanlarla ünsiyyəti kəsmək kimi tələbləri də ailə naminə qəbul edəcəyini vurğulayıb.
Lakin Pərvin Abıyeva qeyd edib ki, bütün bunların da bir sərhədi var. O, doğru bildiyi məsələlərdə güzəştə getməyəcəyini, ağ olanı qara kimi təqdim etməyə razı olmayacağını deyib.
Aktrisa həmçinin gələcək həyat yoldaşından gözləntilərini də açıqlayıb. Bildirib ki, indiki həyat şəraitini öz zəhməti ilə qurub və istəyərdi ki, həyat yoldaşı da onun qədər olmasa belə, ayaqda dura bilən, ailəsini dolandıra bilən, övladlarını böyüdüb təhsil verə bilən biri olsun.
Pərvin Abıyevanın bu açıqlamaları veriliş izləyiciləri və sosial şəbəkə istifadəçiləri arasında geniş marağa səbəb olub.