Ru
18:20 / 05 Dekabr 2025

Bayram günlərinin maaşlara təsirini azaltmaq olarmı? – Ekspertdən MM-ə çağırış

Bayram günlərinin maaşlara təsirini azaltmaq olarmı? – Ekspertdən MM-ə çağırış
Eye

“İşçilərin şikayətləri ilə həm HR, həm də mühasiblər yəqin ki, tez-tez rastlaşırlar. Xüsusən də bayramların çox olduğu aylarda məzuniyyətə çıxan insanların gəlir itkisi ilə bağlı narazılıqlar çox olur. Mövcud hesablanma qaydasının müsbət tərəfləri olsa da, bayram çox olan aylarda real fərq yaradır və işçinin aldığı məbləğ gözləniləndən xeyli aşağı olur”.

Bakupost.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, aylıq əməkhaqqısı 1000 manat olan bir işçi 5 günlük məzuniyyətə çıxanda apreldə təxminən 932 manat alırsa, mart ayında bu məbləğ 802 manata düşür:

“Çünki, mart ayında bayram günlərinin sayı çoxdur. Bu vəsait fərqi insanların həmin aylarda məzuniyyət götürmək istəməməsinə səbəb olur.
Bu məsələyə ona görə indi toxunuram ki, hazırda Milli Məclisdə müvafiq qanunvericilik üzrə dəyişikliklər müzakirə olunur. Hesab edirəm ki, bu mexanizmdə də kiçik düzəlişlər etməklə, həm işçilərin gəlir itkisi aradan qalxar, həm də işəgötürən üçün planlaşdırma daha rahat olar. Məsələn, bayram günləri çox olan aylarda məzuniyyət hesablanarkən vahid orta göstəricinin tətbiqi və ya aylıq iş günlərinin fərqli olmasının kompensasiya edilməsi kimi mexanizmlər nəzərdən keçirilə bilər. Ya da digər mexanizmlər mümkündür”.

Lalə, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar