Ru
01:35 / 05 May 2021

Bayram Məmmədov ölü tapıldı: İntihar, yoxsa...?

14327
Gənc ictimai fəal Bayram Məmmədov faciəli şəkildə həyatını itirib.

Bakupost.az xəbər verir ki, onun meyiti İstanbulda dənizdən çıxarılıb.

Sosial şəbəkədə mərhumun dostlarının yaydığı məlumata görə, B.Məmmədovdan iki gündür xəbər olmayıb. Bu gün axtarışa verilib.

Polis isə dənizdən onun cansız bədəninin tapıldığını bildirib.

Hadisənin necə, hansı şəraitdə baş verdiy bilinmir. Bəzi dostları onun intihar etdiyinə inanmadıqlarını bildirirlər.


Qeyd edək ki, Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il mayın 10-da keçmiş prezident Heydər Əliyevin heykəlini yazdıqdan sonra həbs olunub. 

Rəsmi açıqlamada deyilirdi ki, Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib. Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib.

Onlar 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar.

Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər