Ru
15:05 / 21 Noyabr 2019

BDU-da 3 qız zəhərləndi, biri öldü - Elçin Babayev Kliniki Tibbi Mərkəzə getdi - Yenilənib-2

3072
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev universitetin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsində zəhərlənən tələbələrə baş çəkmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib.

BakuPost bu barədə report-a istinadla məlumat verir.

Hazırda tələbələrdən birinin vəziyyəti daha ağırdır.

***
14:55

BakuPost
xəbər verir ki, zəhərlənən tələbələr – kimya fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə Bünyamin və kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyeva, ölən tələbə isə 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.
***
14:04

Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

Həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəzuyyətdə 3 tələbə qız aşkarlayıblar.


Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.

Səhiyyə Nazirliyindən "Report"a məlumat təsdiqlənib, qeyd edilib ki, iki tələbənin müalicələri davam edir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər