19:23 / 13 Sentyabr 2021

Bədbin proqnoz: payızda yoluxma artacaq

1119
“İmmuniteti zəif olan insanlara koronavirus əleyhinə üçüncü doza vaksin vurulması mütləqdir”.

Bakupost.az Türk mətbuatına istinadən xəbər verir ki, bunu COVID-19-a qarşı “BioNTech” vaksinini kəşf edən türkiyəli alim Uğur Şahin Almaniya qəzetlərindən birinə verdiyi müsahibəsində deyib.

O, 5-11 yaş arası uşaqların COVID-19-a qarşı vaksinasiya olunması məsələsinə toxunaraq bildirib ki, bu il üçün uşaqlara peyvənd vurula bilər: “Bu istiqamətdə aparılan bütün araşdırmalar müsbət nəticə verib və əgər aidiyyəti qurumlar razılıq versə, böyük ehtimal bu il məsələ öz həllini tapmış olacaq. Sentyabrın sonunadək Avropa və ABŞ-dakı rəsmilərə verəcəyimiz məlumatlardan nəticə ala biləcəyik”.

U.Şahin hazırda Almaniyada “Delta” ştamının yoluxma sayında artıma səbəb olduğunu da vurğulayıb: “Payız aylarında yoluxma sayının artması qaçılmazdır. Təəssüf ki, virusun yoluxma faizi çox yüksəkdir. Əhalinin 70-80 %-i peyvənd olunsa belə, yerdə qalan 20 % vaksinasiyadan keçmədiyi üçün əlavə qorunma olmadan yoluxma hallarının artmasının qarşısını ala bilmərik. Vəziyyətin qarşısını almaq üçün xüsusilə də qapalı məkanlarda sərt tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər