Ru
12:55 / 16 Sentyabr 2025

"Benfika" ilə oyunda yalnız bu yolla nəticə qazana bilərik - Qurban Qurbanov

"Benfika" ilə oyunda yalnız bu yolla nəticə qazana bilərik -  Qurban Qurbanov
Eye

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda rəqibləri olan "Benfika" klubunun televiziya kanalının suallarını cavablandırıb.

Bakupost.az QOL.az-a istrinadla xəbər verir ki, bu barədə Portuqaliya mediası məlumat yayıb.

52 yaşlı mütəxəssis matçın favoritinin "Benfika" olduğunu desə də, öz futbolçuları barədə də müsbət fikirlər səsləndirib.

"Oyundan nə gözlədiyim barədə suala cavab vermək bir az çətindir. Nə gözlədiyimi dəqiq bilmirəm. Çünki son iki həftə ərzində birlikdə məşq etməyə çox da imkanımız olmayıb. Yalnız bu gün (bazar ertəsi) bütün komanda bir yerdə məşq etdi. Bu, vəziyyəti bir qədər çətinləşdirir. Amma bu cür oyunları bu şəraitdə keçirmək təcrübəmiz var. Futbolçularıma artıq demişəm ki, meydana çıxıb bu andan zövq almalıdırlar. Çünki biz böyük komanda və böyük klubla qarşılaşırıq. Ümid edirəm ki, futbolçularım ən yaxşı oyunlarının göstərəcəklər", – deyə Q.Qurbanov bildirib.

Q.Qurbanov rəqibi necə təhlil etdikləri barədə sualı da cavablandırıb: "Təbii ki, burada hər şeyi açıqlayası deyiləm. “Benfika”nın oyunlarını analiz etmişik və necə oynadıqlarını bilirik. Komandada bəzi detalları futbolçulara çatdırmışam. Yeganə deyə biləcəyim budur ki, "Benfika"nın oyunçuları yüksək keyfiyyətə malikdir. Bu, onların əsas üstünlüyüdür. Motivasiya da onlarda daha çox ola bilər. Biz yalnız bu yolla – motivasiya və inamla – onlara qarşı yaxşı nəticə qazana bilərik. Amma obyektiv desək, onların oyunçularının keyfiyyəti bizimkini üstələyir. Bu da rəqibə əlavə üstünlük verir".

Xatırladaq ki, "Benfika" - "Qarabağ" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.



Şərhlər
  • Bəhrami

    Məni hər hansı ciddi idmançı saymayın. Hər idmanda üstünlüyü təbii-fiziki hazırlıq versə də, fürsətlər sonrakı gərgin-təcrübi məşqlərdə formalaşır! Azərbaycan idmanı vətəndaş-milli mənsubiyyəti üzrə zərif olub!? Elə həmin zəriflik də Azərbaycan idmanı və idmançısından digərlərindən daha çox fərqli-müxtəlif texniki fəndlər üzərində məşqləri və mənəv-psixoloji dözüm tələb edir? Tərəflərin qarışıq oyununda texniki qəbul, ötürmə, keçmə (driblinq) fəndləri futbol oyununda çevik-düşüncəli fəndgir xarakterinin qələbə vermə ehtimalı daha yüksəkdir. Meydanın böyük boyunda dəqiq-təmkinlə topu daha çox ötürməklə, rəqibə buraxmamaqla zamana oynamaq, rəqib tərəfə yaxınlaşdıqca daha dəqiq çevik-əlverişli ötürmələr kosu sərrastca qapıya atmaq nəticəyə daha yaxın görünür? Bütün Komandalar hərəsi bir ölkənin Çempionu kimi eynən bərabərdirlər. Adi bir fərqimiz dövlətin idmana yüksək qiymət məsuliyyətidir. Son dəqiqəyədək uğura doğru!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar